QƏYSƏR II

qəysər olmax:
(Çənbərək, Ordubad)
soyuqdəymə nəticəsində xəstələnmək
QƏYSƏR
QƏYSƏVƏ
OBASTAN VİKİ
II Qotarz
II Qotarz (parf 𐭂𐭅𐭕𐭓𐭆; ehtimal ki, I əsr – 51) — 38–51-ci illərdə fasilələrlə hökmranlıq etmiş Parfiya çarı. Arşakilər sülaləsindən idi. Çar I Vardan ilə hakimiyyəti bölüşmüş, 47-ci və ya 48-ci ildə onun ölümündən sonra təkbaşına hökmranlıq etməyə başlamışdır. Tasit və İosif II Qotarzı I Vardanın qardaşı və buna uyğun olaraq III Artabanın oğlu kimi göstərir, lakin bu, müasir tarixçilərə görə, hökmdarın Arşakilər sülaləsindən olmadığı mənasını verə bilər. II Qotarzın özünü Gev adlı bir şəxsin oğlu adlandırdığı yazısı qorunub saxlanılmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == === Qədim === İosif Flavi, Yəhudilərin qədimliyi Tasit Korneli, Annallar === Müasir === Bivar, A.D.H., Gondophares and the Indo-Parthians // Curtis, Vesta Sarkhosh and Sarah Stewart (redaktor), The Age of the Parthians: The Ideas of Iran, 2, London & New York: I.B. Tauris & Co Ltd., in association with the London Middle East Institute at SOAS and the British Museum, 2007, 26–36, ISBN 978-1-84511-406-0 Dąbrowa, Edward. The Arsacid Empire // Daryaee, Touraj (redaktor). The Oxford Handbook of Iranian History. Oxford University Press. 2012.
II Qriqor
II Qriqor Sənəkərim (doğum tarixi bilinmir - 1166) — 1096 - 1103 və ya 1105 – ci ildən 1166 - cı ilə kimi hakimiyyətdə olmuş Sünik knyazı. == Bioqrafiya == II Qriqor taxtda atası Sənəkərimi əvəz etmişdi. Onun hakimiyyəti əsasən Cənubi Sünik ərazisini – Balk havarını (Qafan) əhatə edirdi. Onun hakimiyyəti dövründə Sünik knyazlığı xeyli zəifləmiş, Gəncədəki Səlcuqlu əmiri bir neçə Sünik qalasını ələ keçirmişdi. Kişi varisi olmadığına görə, (qardaşı 1166-cı ildə Səlcuqlu əmiri ilə döyüşdə öldürülmüşdü) ölümündən sonra taxta qızı Kət və Xaçın zadəganlarından olan Vaxtanq-Həsənin oğlu Həsən Hərəkərəçi keçmişdi.
II Qubazes
II Qubazes (gürc. გუბაზ II;ən geci 541 – 555) — Lazikada 541-ci ildən 555-ci ilə kimi hökmdar olmuşdur. Lazik müharibəsinin ən kəskin dövrü onun hakimiyyət illərinə təsadüf edir. O, taxta ilk əvvəl Bizans imperiyasının vassalı kimi çıxmışdır. Lakin Bizans hakimlərinin əzazil hərəkətləri onu imperiyanın əsas rəqibi olan Sasanilər imperiyasının köməkçisi olmağa vadar edir. Bizanslılar 541-ci ildə fars ordusunun köməyi ilə Lazika tərəfindən qovuldu, lakin fars işğalı ölkəni daha da pis vəziyyətə saldı. II Qubazes 548-ci ildən Bizansdan yardım tələb etdi və növbəti il boyunca onunla müttəfiq oldu. Hər iki imperiya mübarizənin mərkəz nöqtəsi olan Petra qalasında Lazikanın kontrolu üçün vuruşurdu. Nəhayət, II Qubazes müharibənin səmərəsiz ardıcıllığına görə Bizans generalitetləri ilə savaş başlatdı və onlar tərəfində öldürüldü. == Həyatı == Qubazesin anası Valeriana Bizans mənşəli idi.
II Qutluq
II Qutluq xaqan - Uyğurların VII xaqanı və seçki ilə gələn ilk hökmdarı olub. Tun Bağa Tarxanın generalı olaraq böyüyən Qutluq 795-ci ildə xaqan seçildi. 10 il hakimiyyət sürən Qutluq xaqanın dövründə Manilik yenidən rəsmi din oldu.
II Ramzes
II Ramzes (təq. e.ə. 1303 – e.ə. 1213) — eyni zamanda "Böyük" adlandırılan XIX sülalənin III fironu. Hökumranlıq müddəti e.ə. 1279-1213 ci illəri əhatə edən II Ramzes qədim Misirin ən əhəmiyyət kəsb edən və məşhur fironu sayılır. Onun hakimiyyəti zamanı Misir özünün çiçəklənən dövrünü yaşamışdır. Onun diplomatik səyləri Misirin 50 il qonşuları ilə sülh və firavanlıq içində yaşamasına səbəb olmuşdur. == Şəxs kimi == II Ramzes I Seti və Tuyanın oğludur. Güman edilir ki onun gənc yaşında vəfat etmiş Nebxasetnebet adlı qardaşı və Tia adlı bacısı olmuşdur.
II Reyn
"II Reyn" (alm. Rhein II‎) — alman fotoqrafı Andreas Qurskinin 1999-cu ildə çəkdiyi fotoşəkil. Bu əsərlə Andreas Qurski dünyanın ən bahalı fotoqrafı kimi tarixdə düşmüşdür. Belə ki, "II Reyn" fotoşəkli 2011-ci ildə Nyu-Yorkun "Kristay" hərrac evində 4.3 milyon dollara satılmaqla rekord göstəriciyə nail olmuşdur.
II Riçard
II Riçard və Bordolu Riçard (ing. Richard II of England; ing. Richard of Bordeaux) (6 yanvar 1367, Bordo – təq. 14 fevral 1400) — İngiltərə kralı. Atası vəliəhd Eduard Vudstok 1376-cı ildə vəfat etdi və yeganə oğlu olan Riçardı atası III Eduardın varisi olaraq geridə qoydu. Bir il sonra babası III Eduardın ölümünün ardından 10 yaşlı Riçard İngiltərə kralı oldu. II Riçard səltənətinin ilk illərində real hakimiyyət əmiləri Gentli Con və Tomas Vudstokun təsiri altındakı məclisin əlində idi. Sonrakı illərdə isə İngiltərə Yüzillik müharibə və kəndli üsyanları kimi daha mühüm problemlərlə üzləşdi. Bununla birlikdə II Riçard atası və babasından fərqli olaraq sülh tərəfdarı idi. Üstəlik zadəganların hüquqlarını məhdudlaşdıraraq sarayda xüsusi mühafizə birliyi yaratdı.
II Rocer
II Rocer (22 dekabr 1095 – 26 fevral 1154, Palermo) — Siciliyanın ilk kralı. 1105-ci ildə Siciliya qraflığının III qrafı olmuşdu. 1127-ci ildə isə Apuliya hersoqu olmuşdu. 1130-cu ildə Siciliya krallığının ilk hökmdarı elan edilmişdi. 9 yaşında taxta çıxmışdı. == Gəncliyi == I Rocer və Adelheyd del Vastonun kiçik oğlu idi. 9 yaşında taxta çıxmışdı və anasının qəyyumluğu altında hakimiyyətdə idi. 1110-cu ilin yayında, 14 yaşında ikən Norveç kralı I Siqurd onu ziyarət etmişdi. 1112-ci ildən bəri tək hakimiyyətə başlamışdı. 1127-ci ildə Apuliya hersoqu II Vilyamın ölümündən sonra onun torpaqlarını ələ keçirdi.
II Rusa
II Rusa — e.ə.685-ci ildən e.ə.645-ci ilədək hökm sürən Urartu kralı. Kral II Argiştinin oğludur və ondan sonra taxta keçən kraldır. Mixi yazısıyla yazılmış bir kitabədə kralın Zəngiçay üzərində Quarlini şəhərindən İldaruni şəhərinə gedən bir suyolu inşa etdirdiyi yazmaqdadır.
II Sanço
II Sanço (port. Sancho II de Portugal; 8 sentyabr 1207, Koimbra – 4 yanvar 1248 və ya 1248, Toledo) — Portuqaliya krallığının IV kralı.
II Sarduri
II Sarduri (e. ə. VIII əsr – e.ə. 735) — Urartu hökmdarı (E.ə. 764 – 735) I Argiştinin oğlu. == II Sardurinin hakimiyyəti == I Argiştinin oğlu II Sarduri (e.ə. 764–735-ci illər) hakimiyyətə gələn zaman Urartunun çiçəklənməsini təmin edən beynəlxalq şərait dəyişməmişdi. Assuriya hələ siyasi böhrandan çıxmamışdı. Buna baxmayaraq II Sarduri bütün istiqamətlərdə müharibə aparmalı olurdu. II Sardurinin şimal yürüşləri daha uğurlu keçirdi.
II Sarkis
II Sarkis — Mesxetiyanın III Çarı. Səlcuqlarla müharibə siyasətinə davam etmiş. Bibisioğlu V Georgi tərəfindən Gürcüstanın baş sərkərdəsi təyin olunmuşdu. 1334-cü ildə vəfat etmiş, yerinə qardaşı I Kvarkvare keçmişdi.
II Sarqon
II Sarqon (assuriyaca Şarrum-ken, mənası "Həqiqi padşah"; təq. e.ə. 765, Nimrud – e.ə. 705) — Assuriyanın çarı, 722 — 705, III Tiqlatpalasarın kiçik oğlu. == Hakimiyyəti == Ullusunu taxt-tac uğrunda çəkişmələrdə öz iradəsinin əksinə olaraq, Urartu təmayüllü siyasət yeritməyə məcbur olur. O, hətta Assuriya ilə həmsərhəd olan bir neçə vilayətini də Urartuya güzəştə gedir. Hadisələrin bu cür dönüşündən qəzəblənən Assuriya Manna üzərinə hücuma keçir. Assuriya şahı II Sarqon Baqdattunu tutaraq onun dərisini soymağı əmr edir. Baqdattunun dərisini soyur, cəsədini isə mannalara görk olmaq üçün nümayiş etdirirlər. Assuriyalılar Mannanın paytaxtı İzirtu şəhərini yandırır, bir çox qalalarını zəbt edirlər.
II Seti
II Seti (e. ə. XIII əsr – ən geci e.ə. 1193) — Misir fironu.
II Silvestr
Oriyaklı Herbert, II Silvestr (ing. Pope Sylvester II; ən tezi 945 və ən geci 950, bilinmir, Akvitaniya hersoqluğu, Fransa krallığı – 12 may 1003) — 999-cu ildən Roma papası II Silvestr, fransız riyaziyyatçısı, "Abaklar qaydası" traktının müəllifidir. II. Silvestr ( yakl. 946 - 12 May 1003) 2 Aprel 999-dan 1003-cü ildə vəfat edənə qədər Papa vəzifəsini icra etdi. Əslən Aurillac-dan Gerbert ( Gerbertus Aureliacensis və ya de Aurillac ; Gerbert d'Aurillac ), Silvestr məhsuldar bir alim və müəllim idi.Avropada ərəb rəqəmlərindən istifadə edərək onlu say sistemini tətbiq edən ilk şəxs olduğu deyilir. İlk Fransız Papası idi.
II Smbat
II Smabt Aşotyan (doğum tarixi bilinmir — 1044 və ya 1051) – 1040-cı ildən hakimiyyətdə olan Sünik knyazı. == Bioqrafiyası == II Smbat Sünik sülaləsinin Çxuk hakimi olan Aşotyanlar (Aşot oğulları anlamında Aşotyanlar soy adı erməni dilli mənbələrdə işlədilir) nəslindəndir. Ana xətti ilə Vasak Süninin (998—1040) nəvəsidir. Vasak Süninin hakimiyyəti dövründə onun sarayında yaşamış və böyümüş, ölümündən sonra isə taxta keçmişdir. “Knyazlar knyazı” məqamını isə qardaşı Qriqora vermişdir. 1040-cı ildə II Smbat 2000 nəfərlik ordu ilə Şəddadilər sülaləsindən olan Əbüləsvar Şavura qarşı döyüşdə iştirak etmiş və onun məğlub edilməsində mühüm rol oynamışdır. Bunun əvəzinə 1044-cü ildə Ərdəbil, Əhər və Lənkəranın müsəlman əmirləri Sünikə soxularaq onun mədəni-ruhani mərkəzi olan Tatevi ələ keçirmişlər. Müsəlmanların geri çəkilməsindən sonra II Smbat ömrünün sonuna kim Sünikin bərpa edilməsi ilə məşğul olmuşdur. Onun hakimiyyəti zamanı ölkə çiçəklənmə dövrünü yaşamışdır. 1044 və ya 1051 – ci illərdə II Smbatın ölümündən sonra taxta onun qardaşı I Qriqor keçmişdir.
II Sobekotep
II Sobexotep ikili adı Amenemhet Sobexotep (e. ə. XVIII əsr – bilinmir) — qədim Misirdə təxminən e.ə. 1724-1718 cü illərdə. hökumranlıq etmiş on üçüncü sülalənin fironudur. II Sobekotep Amenemhet haqqındakı məlumatlar Medamud tikintiləri ilə bağlıdır. Təxmin eilir ki, Teban sarayının hesab kitabı (18 Boulaq papirusu) onun dövrünə aiddir. Papirusun shibinin adı çətin oxunulur. Papirusdan onun Aya adlı bir ixtiyarla nigahda olması məlum olunur. Onun dəqiq hökumdar kimi kimliyi mübahisəlidir.
II Söhrab
Söhrab Bavəndi — Təbəristan şahı. == Hakimiyyəti == Söhrab Təbəristanı Dabuyilərin vassalı olaraq idarə edirdi. Xurşid Dabuyinin ölümündən sonra Söhrab da müstəqil olmuşdu. Söhrab bundan sonra Abbasilərə tabe olmuş və 772-ci iləcən hökm sürmüşdü. == Mənbə == Madelung, W. (1975). "The Minor Dynasties of Northern Iran". In Frye, R.N. The Cambridge History of Iran, Volume 4: From the Arab Invasion to the Saljuqs. Cambridge: Cambridge University Press. pp. 198–249.
II Süleyman
II Süleyman (15 aprel 1642[…], Konstantinopol – 22 iyun 1691, Ədirnə) — 20-ci Osmanlı padşahı və 99-cu İslam xəlifəsidir. == Həyatı == === Taxta çıxışı === 15 aprel 1642 tarixində İstanbulda dünyaya gəlmişdir. Atası Sultan İbrahim, anası Saliha Dilaşub Sultandır. Sünnət mərasimi o əsnada taxtda olan qardaşı Sultan Mehmedlə birlikdə 21 oktyabr 1649 tarixində baş tutdu. Sultan Mehmed dövrünün ilk illərində böyük validə Kösəm Sultanla kiçik validə Turhan Sultan arasında gedən mübarizədə adı taxt namizədi olaraq çəkildi və bundan sonra digər qardaşlarıyla birlikdə sarayın Şimşirlik adlanan hissəsində ciddi nəzarət altında yaşadı. Tez-tez Sultan Mehmedin çıxdığı səfərlərə və ov mərasimlərinə qatılır, çox vaxt Ədirnə sarayına aparılırdı.1683 tarixli Vyana məğlubiyyəti ilə başlayan torpaq itkisi səbəbilə ordunun, üləmanın və dövlət xadimlərinin Sultan Mehmedə qarşı birləşməsi nəticəsində taxta namizəd seçildi. Mənbələrdə, təxminən 40 ildir ki, Şimşirlikdə qalan Şahzadə Süleymanın öldürülməkdən qorxaraq "İzâlemiz emrolunduysa söyle, iki rek‘at namaz kılayım. Kırk yıldır her gün ölmektense bir gün evvel ölmek yeğdir" ("Hökmümüz əmr edilibsə deyin, iki rükət namazımı qılım. Qırx ildir hər gün ölməkdənsə, bir dəfə ölərəm.") dediyi və otağından çıxmadığı qeyd olunur. Nəhayət, kiçik qardaşı Şahzadə Əhmədin də köməyilə razı salınan Şahzadə Süleyman əvvəlcə hovuz başındakı taxta oturduldu, ardından səhər saatlarında Osmanlı ənənəsinə uyğun olaraq Babüssəadə qapısı önündəki səltənət taxtına əyləşdi (8 noyabr 1687).
II Süleymanşah
II Süleyman şah yaxud Rükunəddin Süleyman şah (ərəb. ركن الدين سليمان شاه‎ (Rukn əd-Din Süleyman şah)) (XII əsr – 1204)Rum Səlcuq sultanıdır (1196–1204). Atası II Qılınc Arslanın ölümündən sonra parçalanan Rum Səlcuq Türk birliyini yenidən qurmuş və ölkədə sabitliyi geri qaytara bilmişdi. II Qılınc Arslan 1186-da ölkəsini 11 oğlu arasında böldüyü zaman Süleyman şah, Tokat məliki olarak təyin edildi. Qardaşlar arasında vəliəhtlik mübarizəsi Qılınc Arslan həyatta olarkən başladı. Ölkənin ona aid olduğunu müdafiə edən Qütbəddin Məlikşah hakimiyyət uğrundakı mübarizədə ən güclü rəqiub idi. Lakin saray əyanları onu hakimiyyətə layiq görmürdülər. Məlikşah Konyaya tutub özünü sultan elan etsə də II Qılınc Arslan onun yanından qaçıb əvvəl Kayseridəki Sultan şahın, sonra digər oğullarının yanına getdi. Qardaşların hakimiyyət uğrunda mübarizələrindən qalib çıxan Süleyman şah 1196-cı ildə Rum Səlcuq sultanı oldu. Sultan Rüknəddin II Süleyman şah 1202-ci ildə Gürcüstan səfərinə çıxmaq üçün özündən asılı olan bəylərə xəbər göndərərək ona qoşulmalarını tələb etdi.
II Səlim
II Səlim və ya Sarı Səlim və ya Sərxoş Səlim (osm. سليم ثانى‎ — Selîm-i sânî, türk. İkinci Selim; (28 may 1524, İstanbul – 15 dekabr 1574, İstanbul) — 11. Osmanlı sultanı və 90-cı İslam xəlifəsi, Sultan Süleyman Qanuni və Xürrəm Sultanın oğlu. Qardaşı Şahzadə Bəyazidlə taxt uğrunda mübarizədə atasının dəstəyi ilə qalib gəlmişdir. Atasının vəfatından sonra 1566-cı ildə taxta çıxmışdır. Hakimiyyətə gələn kimi ilk səfərini qərb istiqamətinə etmiş və ölkə sərhədlərini Mərkəzi Avropaya qədər genişlətmişdir. Kipr adasının və Tunisin fəthi ilə Osmanlı İmperiyası Aralıq dənizində güclü mövqe sahib olmuşdur. Turqut Rəis kimi dənizçisi, Sokullu Mehmed Paşa kimi sədrəzəmi, Əbus-Səud Əfəndi kimi şeyxülislamı və Memar Sinan kimi memarı ilə ən şanslı Osmanlı sultanlarından biri olmuşdur. Atasından 14.892.000 km2 olaraq aldığı imperiyanın sərhədlərini genişlədərək 15.192.000 km2-ə çatdırmışdır.
II Teymuraz
II Teymuraz (gürc. თეიმურაზ II; 1700 – 8 yanvar 1762) — Kaxeti çarı (1733–1736, 1737–1744), daha sonra Kartli çarı (1744–1762). Baqrationi nəslindəndir. Lirik şeirlər yazırdı. Kartli-Kaxeti çarı I İraklinin oğludur. 1744-cü ildə II Teymurazın oğlu II İrakli Kaxetiya çarı oldu və Şərqi Gürcüstanı birləşdirdi. == Gənclik illəri == I İrakli Baqrationinin və Anna Çolokaşvilinin 12-ci övladı olaraq dünyaya gəlmişdi. 1709–1715-ci illərdə Teymuraz anası ilə birlikdə qardaşı II Davidin yerinə qəyyum olaraq hökm sürmüşdü. 1732-ci ildə Osmanlı ordusu digər qardaşı II Konstantin Baqrationini öldürüb Kaxetiyanı işğal etdikdən sonra Teymuraz dağlara qaçdı. 3 il sonra Nadir şahın Osmanlını məğlub etməsi münasibətilə geriyə dönən Teymuraz İrəvana, şahın iqamətgahına getdi.
II Tiqran
II Tiqran, və ya Böyük Tiqran (e.ə. 140 – e.ə. 55, Ermənistan krallığı) — e.ə. 95-ci ildən e.ə. 55-ci ilə qədərki Ermənistan kralı.
II Tomanbay
II Tuman bəy (ərəb. طومان باي‎) kimi tanınan Əl-Əşrəf Əbu Əl-Nəsir Tuman bəy 1517-ci ildə ölkənin Osmanlı İmperiyası tərəfindən fəth edilməsindən əvvəl Misirin sonuncu sultanı. Misirdə Məmlük hökmranlığının son dövründə sələfi Sultan Əl-Əşrəf Qansu əl-Ğavrinin 1516-cı ildə Mərcidabık döyüşündə Osmanlı sultanı I Səlim tərəfindən məğlub edildikdən sonra sultan taxtına çıxdı. 397 il sonra, 1914-cü ildə Hüseyn Kamilin hakimiyyəti altında yenidən qurulmasından əvvəl Misir sultanı tituluna sahib olan son adam idi.
II Tumanbəy
II Tuman bəy (ərəb. طومان باي‎) kimi tanınan Əl-Əşrəf Əbu Əl-Nəsir Tuman bəy 1517-ci ildə ölkənin Osmanlı İmperiyası tərəfindən fəth edilməsindən əvvəl Misirin sonuncu sultanı. Misirdə Məmlük hökmranlığının son dövründə sələfi Sultan Əl-Əşrəf Qansu əl-Ğavrinin 1516-cı ildə Mərcidabık döyüşündə Osmanlı sultanı I Səlim tərəfindən məğlub edildikdən sonra sultan taxtına çıxdı. 397 il sonra, 1914-cü ildə Hüseyn Kamilin hakimiyyəti altında yenidən qurulmasından əvvəl Misir sultanı tituluna sahib olan son adam idi.